Quraşdırma
Beş dəqiqə. Sonra paneldən bir düymə ilə 14 günlük demo tələb edirsiniz.
Lisenziya satışı tezliklə başlayır.
Hazırda eq-sync-i 14 günlük pulsuz demo ilə istifadə edə bilərsiniz. Satış başlayanda xəbər vermək üçün bizə yazın.
Mənə xəbər verineq-sync-0.9.1.zip · 137 KB · v0.9.1
SHA-256 d5f7cb8604dc2a71b2cd7679755e4c2c3af9573492518afb28a652334b445759
Lazım olanlar
- ✓Google Chrome 111 və ya daha yeni
- ✓Windows 10/11 və ya macOS
- ✓Portala giriş (ASAN İmza)
Addımlar
- 01
Faylı endirin
Quraşdırma zip-ini endirin və daimi bir yerə açın, məsələn C:\. İçindən eq-sync qovluğu çıxacaq; onu sonra silməyin.
- 02
Chrome-da açın
Ünvan sətrinə chrome://extensions yazın və sağ yuxarıda "Developer mode" açarını yandırın.
- 03
Yükləyin
"Load unpacked" düyməsinə basın və açdığınız eq-sync qovluğunu seçin.
- 04
Sancın
Alətlər panelindəki tapmaca ikonundan eq-sync-i sancın ki, düymə həmişə görünsün.
- 05
Demo tələb edin
Portala daxil olun və eq-sync düyməsinə basın. Lisenziya yoxdursa paneldə "Demo tələb et" düyməsi görünür: bu VÖEN üçün 14 günlük demo açılır. Sonra dövrü seçib "Yoxla" və "Endir".
Lisenziya açarınız varsa: eq-sync ayarlarında "Lisenziya" bölməsinə daxil edin.