Məzmuna keç
eq-sync

Məxfilik

Hansı məlumat harada qalır, açıq yazırıq.

Qaimələr kompüterinizdə qalır

eq-sync portala sizin brauzerinizdən, sizin açıq sessiyanızla müraciət edir. Qaimələr, PDF-lər və Excel siyahıları birbaşa seçdiyiniz qovluğa yazılır. Biz onları görmürük və saxlamırıq.

Portal sessiyanız portalda qalır

Portalın giriş açarı (token) yalnız portal səhifəsində oxunur və yalnız portala gedən sorğulara əlavə olunur. Heç vaxt başqa yerə göndərilmir və yazılmır.

Lisenziya serverinə nə gedir

Lisenziya yoxlanarkən yalnız bunlar göndərilir: lisenziya açarı və ya lisenziya tokeni, ilk quraşdırmada yaradılan təsadüfi cihaz identifikatoru, genişlənmənin versiyası, demo və Şirkət paketi üçün VÖEN-in SHA-256 heşi. Server sorğunun IP ünvanını görür; jurnalda onun yalnız gündəlik dəyişən heşi saxlanılır. VÖEN qısa olduğu üçün onun heşi anonimləşdirmə deyil, yalnız açıq VÖEN-in göndərilməməsini təmin edir. Şirkət adı və qaimə məlumatı göndərilmir.

Serverdə nə saxlanır

Lisenziyalar, cihaz identifikatorları və sorğu jurnalı. Jurnalda IP ünvanı açıq saxlanmır, gündəlik dəyişən heş saxlanır; jurnal 180 gündən sonra silinir.

Öz sisteminizə göndərmə (istəyə bağlı)

Ayarlarda "API-yə göndər" seçsəniz, qaimələr diskə yazılmır, yalnız sizin yazdığınız ünvana (öz proqramınıza) göndərilir. Bu məlumat da bizim serverimizdən keçmir.

Brauzerdəki qeydlər

eq-sync hansı qaimələri endirdiyini brauzerin daxili yaddaşında saxlayır ki, növbəti dəfə yalnız yeniləri endirsin. Bu qeydləri ayarlardan istənilən vaxt silə bilərsiniz.